Archive for the ‘AZERI ARTICLES’ Category

Qərb və Rusiya Azərbaycanın narahatlığını aradan qaldırmağa çalışır

Qərbin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv olmaq istəyi Rusiyanın Azərbaycana daha yaxın olmasına yol açır. Bunu Dailykarabakh saytına açıqlamasında Strategic Outlook Araşdırmalar Mərkəzinin analitiki Mehmet Fatih Öztarsu xarici işlər naziri Sergey Lavrovun Rusiyanın münaqişənin həllində aktivliyini davam etdirəcəyi barədə İrəvanda səsləndirdiyi fikri şərh edərkən deyib.

Պետք է ճանաչել Հայոց ցեղասպանությունը

«Ժողովուրդ» օրաթերթը զրուցել է Թուրքիայի ռազմավարական հետազոտությունների ինստիտուտի վերլուծաբան, գրող Մեհմեթ Ֆաթիհ Օզթարսուի հետ:

Qafqaz’ın Kaliningradı

“R+”un müsahibi Mehmet Fatih Öztarsu Cənubi Qafqazın hər üç ölkəsində yaşamış və təhsil almış yeganə türk mütəxəssisdir. “Strategic Outlook”, düşüncə mərkəzinin həmsədri olan M.F. Öztarsunun region ölkələrində analitik nəşrləri dərc olunmaqdadır. Türk analitikin bu yaxınlarda çapdan çıxmış “Ama hangi Türkler ve Ermeniler” adlı kitabı istər Türkiyə, istərsə də Ermənistanda geniş əks-səda və ziddiyyətli reaksiya doğurub. [...]

Türk-erməni münasibətlərinə dair yeni kitab

Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu’nun türk-erməni münasibətlərindən bəhs edən kitabı nəşr olunub. Musavat.com-un Strategic Outlook türk saytına istinadən verdiyi xəbərə görə, “Ama Hangi Türkler ve Ermeniler” adlı kitabda erməni məsələsi ilə bağlı bir çox qaranlıq qalmış suallara aydınlıq gətirilir.   Kitab üç bölmədən ibarətdir. Burada icmalararası və  dövlətlərarası münasibətlərin müxtəlif aspektləri işıqlandırılıb. Həmçinin, Türkiyənin, [...]

Ermənistanın Türkiyə ilə ərazi mübahisələri rəsmiləşdi

Ermənistanın Baş prokuroru Ağvan Ovsepyan bir neçə gün bundan əvvəl Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdi. Bu çıxış isə Ermənistanın qonşularına qarşı münasibətini bir daha ortaya qoydu. Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu sözügedən açıqlamadan sonra rəsmi İrəvanın qonşularına qarşı irəli sürdüyü ərazi iddialarını şərh edib.

“İranın işğalı Ermənistanı böyük zərərə uğrada bilər”

Gün.Az-ın Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu ilə müsahibəsi:

Xamneyi Türkiyəni hədəf alan xüsusi göstəriş verib

Suriyada baş verənlər fonunda İranın atdığı addımlar getdikcə daha çox diqqət cəlb etməyə başlayıb. Çünki Bəşər Əsəd rejiminin ömrünün uzanmasında bu gün İran əsas tərəflərdən biri kimi çıxış edir. Bu fonda BMT İranı Suriyaya silah yardımı etməkdə ittiham edir. Birləşmiş Ştatlar Suriyada kimyəvi silah anbarlarının təhlükəsizliyi məsələsindən narahatdır. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edir [...]

Erməni gəncləri dialoqa hazırdır

Türkiyədə son vaxtlar rahatlıqla müzakirə edilən Türkiyə-Ermənistan münasibətləri, artıq Ermənistanda da gündəm halına gəldi. Parlament seçkiləri zamanında partiyaların xarici siyasət mövzuları arasında yer verdikləri Türkiyə münasibətləri məsələsi, demək olar ki, səs toplama məqsədli propoqanda çıxışlarından ibarət idi. Türkiyə ilə sərhədlərin açılması və düşmənçiliyin ortadan qaldırılaraq həqiqi qonşuluq münasibətləri qurulmasının vacibliyini müdafiə edən siyasətçilər də partiya [...]

“Ermənistan həqiqətən Qarabağ məsələsi ilə bağlı çıxılmaz vəziyyətdədir”

Gün.Az-ın Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu ilə müsahibəsi… “Ermənistanın Qarabağdakı mövcud vəziyyəti davam etdirərək əlindəki “əsas kartı” itirməmək istəyidir. İrəvan da Qarabağı müstəqil bir dövlət kimi tanımır. Çünki Azərbaycanı daim təcavüzkar tərəf kimi tanıtmaq səylərindən əl çəkmək istəmir.”

24 aprel sindromu inqilabla yox olarmı?

Ərəb ölkələrindəki avtoritar rejimlərə qarşı baş qaldıran qiyamlar Ermənistanda müəyyən dəyişiklik siqnalları verməkdədir. Qafqazda status-kvonun dəyişməsi isə 2008-ci il avqust ayında Rusiyanın Gürcüstana müdaxiləsi ilə başlayıb. Hal-hazırda proqnozlaşdırılmayan strateji proseslər bölgədə daşların yerindən oynayacağı və yeni ittifaqların yaranacağı ilə bağlı gözləntilər doğurur. Torpaqlarımızın bir hissəsini işğal edən qonşumuz Ermənistanda görəsən, nələr baş verir və gözlənilən [...]

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download