Türk-erməni münasibətlərinə dair yeni kitab

Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu’nun türk-erməni münasibətlərindən bəhs edən kitabı nəşr olunub. Musavat.com-un Strategic Outlook türk saytına istinadən verdiyi xəbərə görə, “Ama Hangi Türkler ve Ermeniler” adlı kitabda erməni məsələsi ilə bağlı bir çox qaranlıq qalmış suallara aydınlıq gətirilir.  
Kitab üç bölmədən ibarətdir. Burada icmalararası və  dövlətlərarası münasibətlərin müxtəlif aspektləri işıqlandırılıb. Həmçinin, Türkiyənin, Azərbaycanın və Ermənistanın bəzi KİV-lərindən seçmə müsahibələr dərc edilib.   
Saytın bildirdiyinə görə, unikal sayılan kitab media cameəsinin xüsusi marağına səbəb olub. “Bir sıra suallara bu kitab vasitəsilə cavab tapmaq mümkündür”, – deyə mənbə qeyd edir.
You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download