Erməni gəncləri dialoqa hazırdır

Türkiyədə son vaxtlar rahatlıqla müzakirə edilən Türkiyə-Ermənistan münasibətləri, artıq Ermənistanda da gündəm halına gəldi. Parlament seçkiləri zamanında partiyaların xarici siyasət mövzuları arasında yer verdikləri Türkiyə münasibətləri məsələsi, demək olar ki, səs toplama məqsədli propoqanda çıxışlarından ibarət idi. Türkiyə ilə sərhədlərin açılması və düşmənçiliyin ortadan qaldırılaraq həqiqi qonşuluq münasibətləri qurulmasının vacibliyini müdafiə edən siyasətçilər də partiya proqramlarında Türkiyəyə xüsusi əhəmiyyət verdiklərini bildirdilər. Bu siyasətçilərə görə, Ermənistanın regional iqtisadi inteqrasiyaya daxil olması və Qərbə çıxışı üçün Türkiyə ən əsas faktordur. Problemlər isə peryodik şəkildə ortaq düşüncə yoluyla həll edilə bilər. Erməni cəmiyyətinin bu siyasətçilərə baxışları isə fərqlidir.

Həll olunmazlığı müdafiə edərək hər hansı bir layihə vəd etməyən, Türkiyə ilə münasibətlərdə mövcud vəziyyətin davamlılığını arzulayan siyasətçilərlə və Türkiyə, hətta Azərbaycan ilə normal münasibətlər qurulmasını müdafiə edən siyasətçilərə fərqli baxışlar Ermənistandakı siyasi düşüncənin necə olduğunu göstərən bir xüsusiyyətə malikdir. Regional reallıqlar və ölkə iqtisadiyyatının içində olduğu vəziyyətlə əlaqədar fərqindəlik, ən çox gənclərdə görülür. Bunda son illərdəki ortaq işlərin təsiri böyükdür.

Xüsusilə, son on ildə qarşılıqlı münasibətlər və tarixi problemlərə baxışlarda təsirini hiss etdirən vətəndaş cəmiyyəti təşkilatları və ziyalı təbəqəsinin cəhdləri bir çox mövzuda irəliləmə təmin etdi. Amma hər sahədə olduğu kimi qarşılıqlı münasibətlərə aid mövzularda da mediada ön plana çıxan və bilinən fikirləri təkrar edən mütəxəssislərin baxışları bu vəziyyətdə hər hansı bir təsir effekti yaratmır. Sadəcə təsir effekti yaradacaq fikirləri kölgəliyir. Bu vəziyyət qarşılıqlı münasibətlərin inkişafını istəyən gənc kütlə tərəfindən xüsusilə qabardılır.

Bu gün məsələyə fərqli bucaqdan baxan ziyalı və gənc kütlənin mövzuya baxışları xüsusi əhəmiyyət qazanır və təkrarlanan müzakirələrin fərqli bir müstəvidə davam etməsinə kömək olur. Bir zaman Müstəqil Dövlətlər Birliyində (MDB) vəzifədə olan, hələ Qlobal və Regional Fəaliyyətlər Mərkəzi direktorluğunu həyata keçirən Stepan Griqoryan, danışılmayan tarixi həqiqətlərin də dilə gətirilməsi lazım olduğunu vurğulayır. Qriqoryana görə, Osmanlı İmperatorluğunun son zamanlarında Qafqazda yaşanan siyasi dəyişikliklərin də diqqətlə incələnməsi lazımdır. Hazırda bəzi milliyətçi partiyaların, Gümrü və Qars müqavilələrinin qüvvəsizliyi haqqındakı fəaliyyətləti bir məna ifadə etmir.

Həqiqətin dəyişməz olduğunu deyən Qriqoryan, “Tarixdə iki millət dost idi. Savaş zamanında xarici təsirlərlə bu dostluğu pozmağa çalışan qrupların varlığı inkar edilə bilməz. Bu gün düşmanlıq sözlərini bu tarixi həqiqətləri təhrif edərək davamlı söyləmək məntiqsizdir. Olan olub, keçmiş keçmişdə qalıb. Bu gün xalqlara düşən gələcəyə baxmaqdır” deyir. İşbirliyi yolu ilə çox vacib müvəffəqiyyətlərin əldə ediləcəyini dilə gətirən Qriqoryan xüsusilə vətəndaş cəmiyyətinin bu mövzudakı əhəmiyyətinə işarə edir. Yerevan-Tiflis-Bakı-İstanbul xəttində vacib vətəndaş cəmiyyəti üzrə fəaliyyətlətdə olan Qriqoryan, düşmanca davranışların zərərdən başqa bir şey vermədiyini müdafiə edir.

“Ticari malların keçmədiyi sərhədlərdən sadəcə tanklar keçər” sözünü doğrulayırcasına, sərhədlər arasında olan tel xətlərinin yaratdığı maneələrə baxmayaraq region ölkələri arasında əməkdaşlıq və yaxın təmasın təmin edilməsi və zehinlərdəki sərhədləri açmaq üçün başda iqtisadi sahə olmaqla, bir çox sahədə fəaliyyətlərini regiona yayan Qriqoryan, yaxın gələcəkdə müsbət inkişafların olacağına inanır. Bunun üçün də adı və mahiyyəti yenilikçi olan bir çox layihə təşkil olunmalı olduğunu vurğulayır.

Ermənistanın yenilikçi gənclərindən televiziyaçı Mıkırtıç Somuncuyan, Sovetlərdən qalan qəlibləşmiş, doqmatik zehniyyətin ölkəyə vaxt itkisi və davamlı düşman yaratmaqdan başqa bir işə yaramadığını deyir. Əsli Bolu və Kütahyadan olan Somuncuyan mənfi sözlərin özü üçün hər hansı bir şey ifadə etmədiyini, Türkiyəni ziyarət etdiyində də Türklər haqqında söylənilənlərin necə yalnış olduğunu gördüyünü deyir. Bu mövzu haqqında ölkəsiylə əlaqədar maraqı bir şərh verir: “Ermənistan İrandan gələnlərə qucaq açmağı buraxıb Türkiyədən gələnlərə evsahibliyi etsə, öz adımıza müsbət bir addım atmış olacağıq. Amma təvəccüh edilən ölkədən gələnlərin Ermənistana qatqısından çox zərəri var. Turist istənilirsə bunu Türkiyədən təmin etsinlər ki, həm dost bir millətlə birlikdə olaq, həm də qarşılıqlı ünsiyyətimiz inkişaf etsin”. Somuncuyan, türklərin ermənilər üçün saxta duyğular bəsləməyən həqiqi bir dost olduğunu deyir və bu həqiqəti Ermənistanın qavraması lazım olduğunu ifadə edir. Təbii ki, bu mövzu siyasətçilərin manipulyasiya etməsi üçün rahat bir mövzu olduğundan bütün işlər yenə də xalqlar arası koordinasiyanı təmin edən qurumların üzərinə düşür.

Türkiyənin yüksələn bir ulduz və beynəlxalq platforma üçün stratejik mənasının olmasının özləri üçün baş döndürücü bir vəziyyət olduğunu deyən Somuncuyan, bu xüsusiyyətlərə sahib böyük bir dövlətin Ermənistana qeydsiz qalmayacağından və münasibətləri inkişaf etdirəcəyindən əmindir. Xüsusilə media əməkdaşlıqlarının bu mövzunu sürətləndirəcəyini söyləyən Somuncuyan, Türk media orqanlarının Yerevana daha çox əhəmiyyət verməsi lazım olduğunu düşünür.

Əsli Kayserili olan tarixçi Hakop Çakıryan da ayırıma səbəb olan siyasi mövqelərin hələ davam etməsinin həllin önündəki ən böyük əngəl olduğunu deyir. Düşmanlığın sadəcə bu qrupların işinə yaradığını xatırladır. Tarixi məsələlərlə əlaqədar daha məntiqli baxış ortaya qoymağın vacibiliyinə işarə edən Çakıryan, həllolunmazlıq üçün hər hansı bir səbəb görmədiyini bildirir. Ona görə də iki ölkənin müvəffəqiyət və zəifliklərində böyük nisbətdə bənzərliklər var. Xalqın yaşam tərzindən gündəlik həyatda qarşılaşılan hadisələrə qədər bu oxşarlığın davam etməsi ortaq keçmişlə əlaqədar ən böyük sübutdur. Belə ki, uzlaşılmayacaq hər hansı bir mövzu ola bilməz. Türkiyənin bu gün müzakirə edilməsindən qorxulan hər növ mövzuyu cəsurca incələyən bir idarəetməyə sahib olmağının böyük bir şans olduğunu deyən Çakıryan, sadəcə Erməni məsələsinin deyil, Türkiyənin qarşısını alan bir çox mövzunun həllini tapacağından ümidlidir.  Buna görə də sadəcə, ifratçılıq və yetərsizlik arasında orta bir yol tutmağın kifayət edəcəyinə inanır.

Qarşılıqlı münasibətlərin inkişafı və bunun proqramlanması ziyalıların üzərinə düşən bir vəzifədir. İki tərəfin həssaslığının diqqətə alınması, mövzu xaricinə çıxmadan əsas irəliləmə sahələri üzərində durulması və bu müddətdə təsirli olacaq insanlara söz verilməsi də bu vəzifə daxilində sayıla bilər. Bu mövzuda irəliləmənin təmin edilməsi üçün söyləyəcək sözü olan hər kəsin prosesə kömək etməsi ilə ictimai diplomatiya məqsədinə çatacaq və iş siyasətçilərə qalmadan həll öz-özünə yaranacaq. Bu həssas prosesdə mənfi propoqanda vasitələrinin ortaya çıxışına mane olmaq və bütün qəlbiylə dostluğun təsisinə çalışanlara, bu mövzuda həmfikir olanlara kömək etməyin də böyük bir əhəmiyyəti var.

Mehmet Fatih ÖZTARSU (Aksiyon Dergisi) – Cemiyyet Dergisi

http://cemiyyet.org/?p=4248

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download